11 yanvarda gözlənilən hava şəraiti: Xəbərdarlıq | SON XƏBƏR | SON XƏBƏR

 11 yanvarda gözlənilən hava şəraiti: Xəbərdarlıq

11 yanvarda gözlənilən hava şəraiti:    Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya    verilən məlumata  görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 11-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi  gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək  770 mm civə sütunundan 766 mm civə sütununa enəcək

Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 11-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb  küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək  isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta,

gündüz  0-5 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 11-i gündüzdən  12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 11-i gündüzdən  12-si gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Yanvarın 11-i gündüz və 12-də qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>