ABŞ-ın dövlət katibi: "Türkiyəni dəstəkləyirik" | SON XƏBƏR | SON XƏBƏR

ABŞ-ın dövlət katibi: “Türkiyəni dəstəkləyirik”

“Türkiyənin terrorçulara qarşı mübarizəsini anlayır və dəstəkləyirik”.

Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanın terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyə üçün bir təhlükə mənbəyi olaraq tanınması fikri ilə bağlı sualına cavabında deyib.

“ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbçilərimizi çıxarmaq məsələsində heç bir dəyişiklik yoxdur. Həm İŞİD-ə qarşı mübarizə aparacağıq, həm də Suriyada uyğun bir halda çıxacağıq”, - M.Pompeo bildirib.

O, jurnalistin “Türkiyə və “kürdlərlə” (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur -red.) əlaqələri necə quracaqsınız” sualına cavabında bildirib: “Hər iki tərəflə görüşmüşük. Hərbçilərimizin təhlükəsiz çıxması ilə bağlı görüşlər keçiririk. Çıxmazdan əvvəl Suriyanın İŞİD-ə aid bütün ünsürlərdən təmizləndiyinə tam əmin olmaq istəyirik. Ərdoğan terrorçuların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) onların həyatı üçün bir təhdid mənbəyi olduğunu bildirib. Biz də terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik və bu məsələdə Türkiyəni dəstəkləyirik. İfratçılar və terrorçular harada olur-olsun, onlara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq. Buna Türkiyə kimi başqa ölkələr də daxildir".

Xatırladaq ki, yanvarın 9-da Maykl Pompeo İraqa elan olunmamış səfər edib.

Qeyd edək ki, ötən il Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında olan telefon danışığından sonra ABŞ Prezidenti ölkə hərbçilərinin Suriyadan çıxması barədə sənədi imzalayıb.

Yanvarın 9-da isə ABŞ Prezidentinin milli məsələlər üzrə müşaviri Con Bolton Türkiyədə səfərdə olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>