ABŞ iqtisadiyyatı “şatdaun”a görə həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər | SON XƏBƏR | SON XƏBƏR

ABŞ iqtisadiyyatı “şatdaun”a görə həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər

ABŞ iqtisadiyyatı “şatdaun”a görə həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər

Fəaliyyətini dayandıran ABŞ federal idarələri çalışmağa başlamasa, ölkə iqtisadiyyatı həftəyə 1,2 milyard dollaradək itki ilə üzləşə bilər.

Somxəbər.info REPORT.AZ-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri Kevin Hassetbildirib.

“Politico”nun qeyd etdiyinə görə, nəticədə ölkədəki iqtisadi artım cəmi 0,05 faiz azalsa da, ÜDM-in vəd edilən 3 faizlik dayanıqlı artımı hədəfinə çatmaq hökumət üçün çətinləşə bilər.

Xatırladaq ki, yeni ilin büdcəsi Konqres tərəfində vaxtında razılaşdırılmadığı üçün ötən il dekabrın 22-də federal idarələrin bir qismi fəaliyyətini dayandırmışdı ”şatdaun” (shutdown).

Bundan əvvəl “Fitch” reytinq agentliyi ”şatdaun”a görə ABŞ-ın suveren kredit reytinqinin azala biləcəyini bildirmişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>