Amrah Bank”ın rəhbərliyində dəyişiklik olub | SON XƏBƏR | SON XƏBƏR

Amrah Bank”ın rəhbərliyində dəyişiklik olub

“Amrah Bank”ın rəhbərliyində dəyişiklik olub

“Amrah Bank” ASC-nin İdarə Heyətinin üzvü və Bankın Maliyyə Departamentinin direktoru Nəcəf Cəfərli işdən çıxıb.

Onun yerinə departamentdəki müavini Hürü Salxayeva təyin edilib.

Xatırladaq ki, “Amrahbank” 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>