Azərbaycan klubları Antalyada yoxlama oyunlarına start verir | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan klubları Antalyada yoxlama oyunlarına start verir

Azərbaycan klubları Antalyada yoxlama oyunlarına start verir

 Bu gün Azərbaycan Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verir.

Sonxəbər.info REPORT.AZ-a istinadən  xəbər verir ki, ilk olaraq “Qarabağ” və “Sabah” komandaları yoxlama oyunları keçirəcəklər. Ağdam təmsilçisi bu gün Rumıniyanın “Botoşani”, Premyer Liqanın debütantı isə Türkiyənin “Eskişehirspor” kollektivi ilə üz-üzə gələcək.

Komandaların rəqiblərinin əksəriyyəti bəllidir. Yalnız “Sabah”, “Səbail”, “Keşlə” və “Zirə”nin bir rəqibi müəyyənləşməyib.

“Neftçi”

18 yanvar – “Qaz Metan” (Rumıniya)

23 yanvar – “Slovan” (Çexiya)

26 yanvar – “Beroe” (Bolqarıstan)

“Qarabağ”

12 yanvar – “Botoşani” (Rumıniya)

16 yanvar – “Uypeşt” (Macarıstan)

19 yanvar – “Bohemians” (Çexiya)

23 yanvar – “Pyast” (Polşa)

26 yanvar – “Şaxtyor” (Donetsk, Ukrayna)

“Səbail”

15 yanvar – “Aqvital” (Macarıstan)

21 yanvar – “Desna” (Ukrayna)

24 yanvar – “Kaysar” (Qazaxıstan)

“Sabah”

12 yanvar – “Eskişehirspor”

16 yanvar – “Tobol” (Qazaxıstan)

19 yanvar – “MTK Budapeşt” (Macarıstan)

“Sumqayıt”

15 yanvar – “Jetisu” (Qazaxıstan)

19 yanvar – “Çelik” (Bosniya və Herseqovina)

22 yanvar – “Vardar” (Makedoniya)

26 yanvar – “Zemun” (Serbiya)

“Keşlə”

17 yanvar – Özbəkistan U-23

23 yanvar – “Konkordiya” (Rumıniya)

25 yanvar – “Çertanovo” (Rusiya)

“Zirə”

15 yanvar – “Taraz” (Qazaxıstan)

18 yanvar – “Konkordiya” (Rumıniya)

26 yanvar – “Septemvi” (Bolqarıstan)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>