Azərsu”ya “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə edilən müraciətlərin sayı açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

Azərsu”ya “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə edilən müraciətlərin sayı açıqlanıb

“Azərsu”ya “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə edilən müraciətlərin sayı açıqlanıb

 2018-ci ildə “Azərsu” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə 83 250 müraciət edilib.

Bu barədə Azərsu”ASC-dən məlumat verilib.

Məlumata görə, bu, 2017-ci ilin müvafiq göstəricindən 51% çoxdur.

Ötən il daxil olmuş müraciətlərin 35 466-ı “ASAN xidmət”, 44 784-ü isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri bağlı müraciətlər edib.

“Azərsu” “ASAN xidmət” mərkəzlərində müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlayıb, 2017-ci ildən isə ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 192 mindən çox müraciət daxil olub.

Hazırda “Azərsu”nun xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>