Bakıda 14 qadının çantasından oğurluq edən şəxsin məhkəməsi başlayıb | SON XƏBƏR | SON XƏBƏR

Bakıda 14 qadının çantasından oğurluq edən şəxsin məhkəməsi başlayıb

Bakıda 14 qadının çantasından oğurluq edən şəxsin məhkəməsi başlayıb

Nizami Rayon Məhkəməsində Bakıda 14 qadının çantasından oğurluq etməkdə təqsirləndirilən Oqtay Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Sonxəbər .info REPORT.AZ-a istinadən xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, O.Hüseynov ötən ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə, ümumilikdə, 14 qadının çantalarından mobil telefonlarını oğurlayıb.

Daxil olmuş müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami rayon Polis idarəsinin 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov saxlanılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>