Bakıda qəhvə və çay festivalı keçirilir (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

 Bakıda qəhvə və çay festivalı keçirilir (FOTO)

Bakıda qəhvə və çay festivalı keçirilir (FOTO)

Yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” kompleksində) ilin çoxdan gözlənilən ən böyük tədbiri – Bakı qəhvə və çay festivalı (“Baku Coffee & Tea Festival”) keçirilir.

Sonxəbər.info  Trend-ə istinadən xəbər verir ki,Festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.

Sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatılıb.

Bu üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Belə ki, festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Bosniyada keçiriləcək Dünya Barista Çempionatında (“World Barista Championship”) təmsil edəcək. Bununla da ilk dəfə olacaq Azərbaycan öz baristası ilə dünya arenasına çıxacaq.

 Üç gün davam edəcək festivala səhər 11.00-dan axşam 19.00-dək Bakı sakinləri və qonaqların girişi tam sərbəstdir. Bütün çay və qəhvə məhsulları festival iştirakçıları üçün ödənişsizdir.

Festivalda ziyarətçilərə türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunub.

Həmçinin festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.

Yanvarın 13-də yekunlaşacaq qəhvə və çay festivalına giriş sərbəstdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>