Bakıdakı cüdo yarışları ilə bağlı maraqlı təşəbbüs – İdmançılara “cırtdan” hədiyyə ediləcək | SON XƏBƏR | SON XƏBƏR

Bakıdakı cüdo yarışları ilə bağlı maraqlı təşəbbüs – İdmançılara “cırtdan” hədiyyə ediləcək

Bakıdakı cüdo yarışları ilə bağlı maraqlı təşəbbüs – İdmançılara “cırtdan” hədiyyə ediləcək

Bakıda baş tutacaq beynəlxalq yarışın qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan Cırtdanın kimanoda olan kuklası hədiyyə ediləcək.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib. O, öz əl işi olan kimanolu Cırtdan kuklasını Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təqdim edib. B.Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağını hazırlaya biləcəyini söyləyib.

 ARMPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyi ilə B.Şıxıyeva 70 ədəd həmin hədiyyədən hazırlayacaq.

Xatırladaq ki, bu ilin 11-13 may tarixlərində Bakıda para cüdo üzrə beynəlxalq Qran-pri yarışı keçiriləcək. Tokio 2020 paralimpiya oyunlarına lisenziya xalı qazandıran bu cür yarış şəhərimizdə ilk dəfədir ki, keçirilir. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>