Bolqarıstanda yeni BMW avtomobillərinin atıldığı anbar tapılıb | SON XƏBƏR | SON XƏBƏR

Bolqarıstanda yeni BMW avtomobillərinin atıldığı anbar tapılıb

Bolqarıstanda yeni BMW avtomobillərinin atıldığı anbar tapılıb

Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir,Bolqarıstanın Blaqoyevqrad şəhərində BMW markalı retro avtomobil modellərinin olduğu atılmış anbar tapılıb.

Anbarda 1994-cü il istehsalı olan 11 ədəd E34 kuzovlu “BMW 5 Series” avtomobili aşkar edilib.

Sahibi onları həmin vaxt ölkədə ilk avtomobil icarəsi xidməti təşkil etmək üçün alıb.

Bildirilir ki, bütün avtomobillər yenidir və ideal vəziyyətdədir, çünki son 25 il ərzində konservləşdirilmiş vəziyyətdə olub.

Retro avtomobillərin hərraca çıxarılması planlaşdırılır. Onların ilkin qiyməti 15 min avrodan başlayır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>