Braziliyada tibbi personalı meydançaya gətirən elektromobil zədəli futbolçunun ayağının üstündən keçib | SON XƏBƏR | SON XƏBƏR

Braziliyada tibbi personalı meydançaya gətirən elektromobil zədəli futbolçunun ayağının üstündən keçib

 Braziliyada gənclər arasında keçirilən futbol matçında kuryoz hadisə baş verib.

“Report”un məlumatına görə, “Flamenqo” ilə matçda “Trinidad” komandasının futbolçularından biri zədələnib. Gəl ki, referinin işarəsindən sonra zərərçəkmişə kömək etmək üçün tibbi personalı meydançaya gətirən elektromobil oyunçunun ayağının üstündən keçib.

Sürücünün məsafəni düzgün hesablamaması üzündən baş verən olaya rəğmən, futbolçunu meydançadan çıxarmaq mümkün olub və görüş “Trinidad”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>