Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib | SON XƏBƏR | SON XƏBƏR

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

 Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (WCO) Baş katibi Kunio Mikuriyanı qəbul edib.

Sonxəbər.info REPORT.AZ-a istinadən  xəbər verir ki, görüş WCO rəsmisinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

S.Mehdiyev qonağa deyib ki, Azərbaycan regionda ilk dəfə beynəlxalq yükdaşımalarda elektron məlumatların ötürülməsi layuhəsinə qoşulub və regionda bu sahədə pilot layihə həyata keçirmiş ilk ölkə olub.

Bundan başqa, komitə sədri indiyə qədər Azərbaycanda bir neçə beynəlxalq əhəmiyyətli tədbirin keçirildiyini, bu il də bir neçə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

K.Mikuriya isə Azərbaycanın gömrük sahəsində atdığı addımları təqdir etdiklərini deyib: “Azərbaycan gömrük xidmətinin cəmi 27 yaşı olmasına baxmayaraq çox uğurlu işlər görüb. Gənc olmağına baxmayaraq gömrük xidmətinizin atdığı addımlar WCO-da üzv ölkələr üçün nümunədir. Azərbaycan tranzit əhəmiyyətli ölkə olduğu üçün tranzit yüklərin daşınması sahəsində də atdığınız addımları izləyir və dəstəkləyirik”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>