Dövlət qurumlarında 66 vakant yerə müsahibə elan olunub | SON XƏBƏR | SON XƏBƏR

Dövlət qurumlarında 66 vakant yerə müsahibə elan olunub

Dövlət qurumlarında 66 vakant yerə müsahibə elan olunub

Dövlət qulluğuna qəbulla bağlı 27 noyabr 2018-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzinin xəbərinə görə müsahibələr 14-28 yanvar 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur.

Elan üzrə 11 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 66 (A növü üzrə 2 vəzifə, B növü üzrə 64 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 150 namizədlə 234 müsahibənin keçirilməsi planlaşdırılır.

 Ən yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron hökümət və rəqəmsal innovasiyalar şöbəsinin Elektron hökumət məsələləri sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd) və Masallı regional “ASAN xidmət” mərkəzinin Səyyar xidmətin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin Dövlət borcunun uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 18 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 14-28 yanvar 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>