“Ferrari”nin rəhbəri dəyişir | SON XƏBƏR | SON XƏBƏR

“Ferrari”nin rəhbəri dəyişir

“Ferrari”nin rəhbəri dəyişir

“Formula 1” üzrə dünya çempionatının iştirakçısı İtaliyanın “Ferrari” komandasının rəhbərliyində dəyişiklik ola bilər.

 İdarə Heyətinin sədri Con Elkann Mauritsio Arrivabeneni komandanın rəhbəri vəzifəsindən uzaqlaşdırmaqla bağlı qərar qəbul edib. Onun “Formula 1”in texniki direktoru Mattia Binotto ilə əvəzlənəcəyi bildirilir.

Ötən yay M.Arrivabene ilə M.Binottonun münasibətlərinin yaxşı olmadığına dair xəbərlər yayılsa da, birinci bunu təkzib edib.

“Ferrari” indiyə qədər 15 dəfə (1952, 1953, 1956, 1958, 1961, 1964, 1975, 1977, 1979, 2000, 2001, 2002, 2003, 2004, 2007) dünya çempionu olub, 16 dəfə isə (1961, 1964, 1975, 1976, 1977, 1979, 1982, 1983, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2007, 2008) Konstruktorlar Kubokunu qazanıb.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-cu il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>