Gəncədə 115700 manat pul və 30000 manatlıq qızıl oğurlayan şəxsin məhkəməsi başlayır | SON XƏBƏR | SON XƏBƏR

Gəncədə 115700 manat pul və 30000 manatlıq qızıl oğurlayan şəxsin məhkəməsi başlayır

 Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir, Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyalar oğurlamaqda təqsirləndirilən Xudaverdi Əflakinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2016-cı ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115700 manat pul və 30000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>