Kəndimizin son günü: “Türk tələbə və erməni qızı Nona” | SON XƏBƏR | SON XƏBƏR

 Kəndimizin son günü: “Türk tələbə və erməni qızı Nona”

Kəndimizin son günü: “Türk tələbə və erməni qızı Nona”138-ci fəsil.

Yaddaşlarımızda,gözlərimizin didəsində dəfn edilmiş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Bal dadan qara sevdanın rənglədiyi,zülmətini Nonanın,buruq-buruq,lavanda qoxuyan uzun saçlarından məcnun gecədə,yarına qovuşaraq,hər sübh yollarını ölçdüyü məchulluğa tələsdi çöldə yağan qar bir az səngisədə,şaxtanın dərəcəsi  yüksək olduğundan yollar,cığırlar buz bağlamış yeriməlisi,addım atmalısı qalmamışdı.Maşınların arxasından çıxan qara tüstü şaxtalı havanı yararaq,dumanları ilə burula-burula  sanki   havadan ilişib qalırdı.Yalın qılınc kimi iti buz tiyələri,binaların küncündən-budağından,su novalçalarından sallanıb keçənlərə-gedənələrə təhlükə yaradırdı.

Buz sırsıraları gün yağlananda qorub düşəndə həmin an ordan keçən adam azca diqqətini yayındırsa böyük   yaşayaraq ölümcül  yaralana bilərdi.Yalın qılınc tiyəsi kimi buz sırsıralarının qopub düşə biləcəyi yerlərdə olardı ki,mümkün təhlükədən qorunsunlar.Türk tələbə sinəsinə yumşaq-yumşaq qısılaraq,şirin-şirin mışıldayan qızı oyatmağa çalışaraq divardakı saata baxdı.

Əqrəblər ona iyirmi dəqiqə işlədiyini göstərsədə ayazlı-şaxtalı qış havasında sübhün nəfəsi  his olunmur,boz sanki şaxtadan donmuş hava şəhərin üstündən asılaraq bir axşam qəribliyini andırdı.Axşam Anadolu türkləri demişkən:bir az fazla qaçırtmış,yəni çox içmiş türk tələbə bərk susadığından mətbəxə keçərək uzun lüləyi sanki qaz boğazına oxşayan qaynayanda fit çalan ağ gövdəsi qırmızı güllü çaydandan xrustal stəkana su süzərək içib elə bil özünə gəldi,bir az kütləşmiş beyni sanki açılaraq qanı sürətlə vurmağa başladı.Su kranlarından axan su məsrasını dağlardan götürdüyündən yayaın qızmar istisində belə buz kimi olar,dolu stəkanı axıradək gərək qurtum-qurtum içəydin ki,dişlərin sızıldamaya.Yəni,yayda belə buz kimi gələn,şəhərə verilən sudan qışda birbaşa içməkdən söz gedə bilməzdi.Amma,maraqlı  olan o idiki türk tələbənin doğulub boya- başa çatdığı kənddə qışda şaxtanın gücü dağlara üz söykəyən Stepanakertlə müqayisədə zəif olsada,yerə azacıq sırsırs düşən kimi həyət-bacalara artezandan uzun dəmir borularla su xətləri donduğundan əlacsız,ələmanda qalan camaat,nə sirr idisə yerin necə deyərlər yeddinci qatından  çıxsalarda isti buxarla axan artezianlar,yollar azca açıq olsa kəhrizlərə üz tutardılar.

Əlacsız camaat vedrələrlə,donmuş,sürüşkən cığırlarda yıxılıb-durub,bəzən qol-qıçlarını sındıran qız-gəlinin canını bu əzabdan qurtarmaq üçün su borularını azacıq açıq saxlayıb,böyür-başında od-alov qalayıb qızdırardılar ki,xətlərdə qalmış,sırsıra bağlamış su kütləsi ərisin,axım olsun.Amma Stepanakertdə uzun illər yaşayan türk tələbə ən bərk şaxtalı havaların az qala insanın nəfəsini dondurduğu vaxtlarda belə başını qarın-boranın,tüğyan etdiyi,ayazın-şaxtanın qovurduğu zirvələrindən yayda belə buz bağlamış,qarların əksik  olmadığı qədim-qayım dağlarımızdakı sinəsi xallı bulaqlardan götürən şəhəri su ilə təmin edən boruların,   xətlərin donduğunu,problem yaşandığını görüb hiss etmədiyindən aradakı fərqin bizdəki  Sadiq  Murtuzayev     kimi partiya bosslarından ötrü əhalinin günü-güzəranı  maraq kəsb etmədiyindən,kəndlərdə-kəsəklərdə,  yaşayış məntəqələrində camaat öz vəsaitləri  hesabına ,özfəliyyət üsulu ilə,kustar vasitələrlə məişət problemlərini həll etmək zorunda qaldıqlarından su boruları,digər lazımlı,gərəkən işlər texniki göstəricilər  nəzərə alınmadan yerinə yetirildiyindən,göyün üzünü qar alan kimi,əhalinin sevincini yaşamağı,dadını çıxartmağı yox,gətirəcəyi,ortaya çıxaracağı bəlaları,problemləri fikirləşərdilər.

Amma,bir əl çatımı məsafədə olan,respublikamızın büdcəsini sağmal inək kimi sağan ermənilər gün-güzəranımızdan oğurladıqları böyük vəsaitlərin əksəriyyətini əlləri ,dişləri qanlı,türkün qanına,canına,varlığına susayan erməni teror təşkilatlarına,Asalanın,Krinkin,Daşnaksütunun hesablarına    keçirərək uzun illərdən hazırlaşdıqları,planlaşdırdıqları,xalqımıza qars törədsələrdə növbəti  iyirminci əsrin   ən qorxulu ,böyük,qanlı soyqırımlarının qanlı tufanlarının konturlarını cızaraq şəhərin də abadlığına,   kommunal xidmətlərin qüsursuz işləməsinə ciddi fikir verirdilər.Adi görünən,əslində ciddi bir nüansı incələməklə,yəni hava şəraitinin elə də çox fərqli dəyişmədiyində gəzişməklə məsuliyyət hisslərindən,yəni     Stepanaker Sibirdə yerləşmirdiki,Ağdamla cəmi-cümlətanı altmış-yetmiş kilometr zaman məsafəsi  ayırırdı  yaşayış  məntəqələrimizi,bəs onda,eyni dəmir borularla çəkilən,sular bizdə donsada,kağız-kuğuz,hətta,bəzən  salyarkada yandırıb buzu güclə əridilən sulardan ermənilər əllərini kranta toxunduran kimi,istisindəndə,   soyuğundanda problemsiz ,rahatca istifadə edirdilər.Bildiyim qədər fərqin izzahını vermək istəyirəm,yəni Stepanakertə çəkilən su borularına  elə bizim Sumqayıtın zəhər püskürən kimya zavodlarında hazırlanan yapışdırıcı arğılardan su xətlərini,digərlərini çəkərkən bol-bol istifadə edərək texniki göstəricilərə dəqiq əməl edərək  ortaya heç bir problemin çıxmasının qarşısını alaraq uzun illər təmirə büdcədən ayrılan vəsaitləri də   mənimsəyərək qanlı məqsədlərinə xərcləyərdilər.Bizimkilər isə bütün vəsaitləri mənimsəyərək ortaya  çıxanların həllini əhaliyə buraxdıqlarından bəhs etdiklərim məşəqqətlər,əziyyətlərin  sonu  görünməzdi.   Gələn fəsildədə bu xatirələrin işığında olacağıq  nələr,nələr.

Ardı var.

Teylor Fətişoğlu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>