Məşhur ingilis müğənnisi plagiata görə məhkəməyə verilib | SON XƏBƏR | SON XƏBƏR

Məşhur ingilis müğənnisi plagiata görə məhkəməyə verilib

 Məşhur ingilis müğənnisi plagiata görə məhkəməyə verilib

Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir, İngilis musiqiçi Ed Şiran plagiatda ittiham olunur.

İddiaya görə, müğənni “Thinking Out Loud” mahnısını qismən Marvin Gayin “Let’s Get It On” adlı kompozisiyasından köçürüb.

M.Gay məsələyə görə E.Şiranı məhkəməyə verib. E.Şiran isə məhkəmədə deyib ki, iki müsiqi bir-birinə çox da bənzəmir. Lakin hakim onun arqumentini qəbul etməyib.

E.Şiran məhkəmənin sadələşdirilmiş qaydada aparılmasını istəyib. Hakim bu tələbi rədd edib.

Sonda məhkəmə qərarını elan edib. Qərara əsasən, iki kompozisiyanın elementləri arasında müəyyən bir bənzərliyə əlavə olaraq, dinləyicinin həmin iki mahnının estetik görünüşünü də eyni şəkildə qəbul edəcəyini qeyd etmək lazımdır.

Qeyd edək ki, E.Şiran 2018-ci ildə müxtəlif ölkələrə ən çox qastrol səfərlərinə çıxan müğənni seçilib. O, qastrollardan qazandığı vəsaitə görə də ötən il birinci yeri tutub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>