Qabonda xalqı üsyana səsləyən hərbçilər həbs edildi | SON XƏBƏR | SON XƏBƏR

 Qabonda xalqı üsyana səsləyən hərbçilər həbs edildi

  Qabonda xalqı üsyana səsləyən hərbçilər həbs edildi

 Qabon hakimiyyəti bu gün milli radiostansiyanı ələ keçirən və xalqı Prezident Əli ben Bonqo Ondimbaya qarşı üsyana çağıran hərbçilərin həbs edildiyini elan edib.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki,  rabitə naziri və hökumətin mətbuat katibi Qi-Bertran Mapanqu bəyan edib ki, hərbi qiyama cəhd edənlər həbs olunub, bir hərbçi qaçıb: “Vəziyyət nəzarət altındadır”.

 Qeyd olunur ki, səhər saatlarında radiostansiya binasına daxil olan bir qrup hərbçi hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə “Milli bərpa şurası”nın yaradılacağını bəyan edib.

Xatırladaq ki, Qabon Prezidenti Əli ben Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxtdan onun səhhətində problemlərin olduğu deyilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>