Qarabağ bölgəsində 126 metr uzunluğunda yeni körpü inşa edilib | SON XƏBƏR | SON XƏBƏR

Qarabağ bölgəsində 126 metr uzunluğunda yeni körpü inşa edilib

 Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün yerində yeni körpünün inşası ilə bağlı işlər artıq yekunlaşdırılıb.

Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir ki,AAYDA-dan verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi ilə bağlı imzaladğı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşdırılıb.

Aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb.

aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11,5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.

Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilib. Belə ki, körpünün layihəsi bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilib.Hesabi yüklər A-15, NK-100-dür. Kənar dayaqlar massiv dəmir-beton konstruksiyalarda layihələndirilib. Dayaqların diametri 1200 qazma dəmir-beton svaylar üzərində quraşdırılıb.

Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilib. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və Texnoloji ardıcıllığa uyğun olaraq aparılan tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.

Qeyd edək ki, körpünün tikinrisinə 2018-ci ilin iyul ayında başlanılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>