“Qarabağ qaziləri” amputant komandası Türkiyədə yoldaşlıq görüşü keçirib | SON XƏBƏR | SON XƏBƏR

“Qarabağ qaziləri” amputant komandası Türkiyədə yoldaşlıq görüşü keçirib

 “Qarabağ qaziləri” amputant komandası Türkiyədə yoldaşlıq görüşü keçirib

Yanvarın 3-də Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Kuvetleri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirmiş Azərbaycanın “Qarabağ qaziləri” komandasının üzvləri bu gün Bakıya dönüb.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən İdeologiya.az-a verilən məlumata görə, fedarasiyanın rəhbəri Rövşən Akifoğlu və qazilər daha sonra Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Onlar daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi də ziyarət edilib.

Təntənəli qarşılaşnma mərasimində “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu bildirib: “Biz daima Ali Baş Komandanın tapşırıq və tövsiyələrinə əməl edir, bu yolda addımlayırıq”.

Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək deyib ki, Ankarada “Altındağ” stadionunda keçirilən oyundan əvvəlcə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.

Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd olunub ki, Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri daxili işlər naziri Süleyman Soylu ilə də görüşüblər.

Vurğulanıb ki, “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri ulu öndərin Ankaradakı abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni – Anıtqəbiri də ziyarət ediblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>