Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir, “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 1 pillə irəliləyib.

46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 460-cı sırada yer alıb.

Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>