“Sərt Brexit”ə hazırlıq komitəsinə Baş nazir rəhbərlik edəcək | SON XƏBƏR | SON XƏBƏR

 “Sərt Brexit”ə hazırlıq komitəsinə Baş nazir rəhbərlik edəcək

“Sərt Brexit”ə hazırlıq komitəsinə Baş nazir rəhbərlik edəcək

 Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması şərtlərinə dair ikitərəfli razılaşma əldə edilməsə, üzvlükdən çəkilməyə hazırlığa dair hökumətın yeni komitəsinə Baş nazir Tereza Mey rəhbərlik edəcək.

Sonxəbər.infoREPORT-AZ-a istinadən xəbər verir ki, bunu Baş nazirin nümayəndəsi bildirib.

“Niyyət Aİ-dən nizamlı çəkilmək planının həyata keçirilməsinə sistemli nəzarət etməkdən ibarətdir”, –  Baş nazir dəftərxanasının əməkdaşı deyib.

“Aİ-dən çıxmağa hazırlığı təmin etmək və ticarət aparmaq komitəsi” adı veriləcək yeni qurum hökumətin “sərt Brexit” ssenarisinə hazırlığı əlaqələndirməklə Avropa İttifaqı rəsmiləri və başqa üzv ölkələrin hökumətləri ilə lazımi işləri həyata keçirəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>