Suriya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Ər-Riyada səfər edib | SON XƏBƏR | SON XƏBƏR

Suriya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Ər-Riyada səfər edib

 Suriya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Əli Mamluk bugünlərdə Səudiyyə Ərəbistanına səfər edib.

Sonxəbər.info REPORT.AZ-a  istinadən xəbər verir ki, bu barədə Livanın "Respublika" qəzeti yazıb.

Nəşrin yazdığına görə, Mamlukun səudiyyəli rəsmilər ilə danışıqlarının məqsədi Dəməşq ilə Ər-Riyad arasında yeni əlaqələr üçün bazanın yaradılması olub.

"Ər-Riyad ilə Bəşşar Əsəd rejiminin diplomatik əlaqələri bərpa etməsi yaxın gələcəyin məsələsidir. Səudiyyə Ərəbistanı son illərdəki Suriya siyasətini yenidən nəzərdən keçirməyə hazırlaşır", - qəzet yazıb.

Eyni zamanda bir sıra ərəb nəşrləri Ər-Riyada səfəri zamanı Mamlukun vəliəhd şahzadə Məhəmməd bin Salmanlagörüşə biləcəyi ehtimalını da istisna etməyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>