Timuçin Hacıbəylinin xatirələri Fransada çap olunacaq | SON XƏBƏR | SON XƏBƏR

 Timuçin Hacıbəylinin xatirələri Fransada çap olunacaq

 Timuçin Hacıbəylinin xatirələri Fransada çap olunacaq

Timuçin Hacıbəylinin xatirələri Fransada çap olunacaq

Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir ki, Azərbaycan Demokratik Cumhuriyyətinin yaradıcılarından olan Ceyhun Hacıbəylinin varisi Timuçin Hacıbəylinin xatirələri çapa hazırlanır

T.Hacıbəylinin xatirələri Strasburqda “Kəpəz“ nəşriyyat evində çap ediləcək.

Fransız dilində çap olunacaq kitab “La vie des migrants“ (“Mühacirlərin həyatı”-red) adlanır. Kitabda Fransada mühacir həyatı yaşayan T.Hacıbəylinin qəriblikdəki çətinlikləri, çətinliklərin öhdəsindən gəlmək üçün iradəsinin, təhsil və dərin düşüncəsinin hesabına əldə etdiyi nailiyyətlər, habelə həyatının digər acılı və şirin anlarını əks etdirən digər xatirələri yer alıb.

Ceyhun Hacıbəylinin ailəsinin 1962-ci ilə kimi Azərbaycan ilə əlaqəsiolmayıb. Bu, onu çox məyus edib. O, qardaşı Üzeyir ilə çox yaxın olub. Lakin Azərbaycan SSRİ-nin tabeliyində olduğundan iki qardaş bir-biri ilə əlaqə saxlaya bilməyib. Bütün bunlar T.Hacıbəylinin həyatında dərin izlər buraxıb.

Qeyd edək ki, Timuçinin böyük qardaşı Ceyhun II Dünya müharibəsində həlak olub. Timuçın əvvəl qardaş, sonradan ana və ata itkisi ilə üzləşib. Bütün bu həzin notlardan sonra nəhayət ki, Timuçin Hacıbəyli Niyazinin dəvəti ilə Üzeyir Hacıbəylinin yubileyində iştirak etmək üçün ilk dəfə Azərbaycana gəlib. Qayıtdıqdan sonra o, xatirələrinə “Kökünə qayıdış“ adlı fəsil əlavə edir. Kitabın bu – son hissəsi onun Azərbaycanda qalan ailə üzvləri ilə tanışlığı, həyatındakı əvəzolunmaz sevincli anlarını əks etdirir.

Daha əvvəl Ceyhun Hacıbəylinin gəlini, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Büşe (Pascale Hadjibeyli Buchet) həyat yoldaşı və qayınatasının mühacir həyatı haqqında bugünədək gizlin qalan məqamları açıqlayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>