Vəkil: Fədayə Laçın apelyasiya şikayəti ilə tanış olub | SON XƏBƏR | SON XƏBƏR

Vəkil: Fədayə Laçın apelyasiya şikayəti ilə tanış olub

Vəkil: Fədayə Laçın apelyasiya şikayəti ilə tanış olub

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın vəkili ilə görüşüb.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, F.Laçın görüş zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən veriləcək apelyasiya şikayəti ilə tanış olub: “Şikayətlə tanış oldu və apelyasiya şikayətinə razılıq verdi. Yaxın günlərdə apelyasiya şikayətini təqdim edəcəyik”.

Vəkil bildirib ki, F.Laçının saxlanma şəraitindən narazılığı yoxdur.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>