Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb | SON XƏBƏR | SON XƏBƏR

 Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb

Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb

Venesuela Prezidenti Nikolas Maduronun andiçmə mərasimi keçirilib.

Sonxəbər.info REPORT.AZ-a  istinadən xəbər verir ki, Venesuela Ali Məhkəməsində baş tutan tədbirdə bir sıra ölkələrin dövlət başçıları iştirak ediblər.

Ölkə konstitusiyasına əsasən, mərasim Milli Assambleyada millət vəkilləri qarşısında keçirilməlidir. Ancaq parlament müxalifətin nəzarətində olduğundan tədbir Ali Məhkəmədə baş tutub.

Xatırladaq ki, ötən il mayın 20-də keçirilən seçkilər zamanı 1,9 milyon səs toplayan müxalif Tərəqqi Avanqard Partiyasının lideri Henri Falkona qarşı 6,2 milyona yaxın səs toplayan N.Maduro ikinci müddətə prezident seçilərək 2025-ci ilədək Venesuelanı idarə edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>