Zakir Həsənov İranın müdafiə nazirinə başsağlığı verib | SON XƏBƏR | SON XƏBƏR

Zakir Həsənov İranın müdafiə nazirinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

Sonxəbər.info REPORT.AZ-a istinadən xəbər verir ki,“Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus yük təyyarəsinin Kərəc şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin ağrınız bizim də ağrımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>