Fevral 10, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Fevral » 10

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib

  Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Sonxəbər.info Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər […]

Bakıda 36 yaşlı qadın itkin düşdü

Bakıda 36 yaşlı qadın itkin düşdü

Bakıda qadın itkin düşüb. Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.  Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Vaqif Babayev polisə müraciət edərək bildirib ki, fevralın 8-də səhər saat 10 radələrində onunla birgə yaşayan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəfa Babayeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb. […]

Britaniyalı repçi Cadet yol qəzasında ölüb

Britaniyalı repçi Cadet yol qəzasında ölüb

Böyük Britaniyada Cadet ləqəbi ilə çıxış edən repçi Bleyn Conson yol qəzasında ölüb. 28 yaşlı repçinin olduğu taksi yük maşını ilə toqquşub. Repçi aldığı zədələrdən yerindəcə keçinib.  Bleyn Conson solo karyeraya 2015-ci ildə başlayıb. 2018-ci ildə “Advice” və “Bumpy” adlı iki sinql buraxıb.

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti, […]

Almaniya sakini lotereyada milyonlar udub

Almaniya sakini lotereyada milyonlar udub

  Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub.  Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki,qalibin kimliyi barədə ətraflı məlumat verilmir. Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmi, həmçinin iki əlavə rəqəmi tapıb.  ”Eurojackpot” lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.

Deputat: Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin rifahını daha da yaxşılaşdırmaqdır

Deputat: Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin rifahını daha da yaxşılaşdırmaqdır

  Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Sonxəbər.info Trend-ə istunadən xəbər verir ki,R.Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının mütəmadi olaraq daha […]

 Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib

 Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib. Sonxəbər.info Trend-ə istinadən xəbər verir.Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın […]

Atəşkəs rejimi 30 dəfə pozulub

Atəşkəs rejimi 30 dəfə pozulub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy […]