Antalyaya gedən azərbaycanlı turistlərin SAYI açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

Antalyaya gedən azərbaycanlı turistlərin SAYI açıqlanıb

Antalyaya gedən azərbaycanlı turistlərin SAYI açıqlanıb

2019-cu ilin yanvarında Antalyaya 1000 azərbaycanlı turist səfər edib.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, bu göstəricinin 2018-ci ilin yanvar ayı ilə müqayisədə 39 faiz çox olduğu bildirilir.

Ümumilikdə, yanvar ayı ərzində Antalyaya 135 ölkədən 142,3 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur.

 Azərbaycanlıların daha çox səfər etdikləri yerlər arasında Bodrum da ilk sıralardadır. Belə ki, 2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib.

Ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>