Azərbaycanın iki karateçisi Avropa çempionu olub | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın iki karateçisi Avropa çempionu olub

Azərbaycanın iki karateçisi Avropa çempionu olub

Azərbaycan karateçiləri bu gün Danimarkanın Olborq şəhərində start götürən yeniyetmə və gənclər arasında Avropa çempionatında 3 medal qazanıblar.

Sonxəbər.info  REPOT.AZ-a istinadən xəbər verir ki, Roman Heydərov (21 yaşadək gənclər, kata), Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite 63 kq) və Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite 57 kq) mükafatçı olub.

R.Heydərovla T.Yaqubov qızıl medal, H.Məmmədli isə bürünc medal əldə edib.

Təsəlliverici görüşlərə qatılanlardan Osman Osmanlı (14-15 yaşlı yeniyetmələr, kumite 70 kq) yarımfinalda qələbəni əldən verərək bürünc medal uğrunda həlledici görüşdə də məğlubiyyətlə barışmalı olub. İsmayıl Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite 70 kq) də bu mərhələ şansından yararlana bilməyib.

İlk yarış gününün nəticələrinə əsasən, Azərbaycan karateçiləri yalnız Türkiyə komandasından geri qalaraq ümumi hesabda 2-ci yeri tutur. Çempionatda 51 ölkədən 1092 idmançı iştirakı edir. Hələki 19 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlara sahib ola bilib.

Qeyd edək ki, mükafatlandırma mərasimində AMKF-in prezidenti, Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov da iştirak edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>