“Barselona” 135 milyon avroya aldığı futbolçunu satmaq istəyir | SON XƏBƏR | SON XƏBƏR

 “Barselona” 135 milyon avroya aldığı futbolçunu satmaq istəyir

“Barselona” 135 milyon avroya aldığı futbolçunu satmaq istəyir

İspaniyanın “Barselona” klubu futbolçusu Filippe Koutinyonu satmağı planlaşdırır.

Sonxəbər.info “Report”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı braziliyalı yarımmüdafiəçiyə dair təkliflərə baxmağa hazırdır. “Barselona”nın bu satış hesabına Frenki de Yonq üçün Hollandiyanın “Ayaks” klubuna ödədiyi 75 milyon avronu büdcəsinə geri qaytarmaq istədiyi bildirilir.

Qeyd edək ki, Koutinyo ötən ilin yanvarında 135 milyon avro qarşılığında İngiltərə təmsilçisi “Liverpul”dan “Barselona”ya keçsə də, əsas heyət üzvü olmaqda çətinlik çəkir. Onun klubla 2023-cü ilin yayına qədər müqaviləsi var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>