Biləsuvarda 9-cu sinif şagirdi intihar edib | SON XƏBƏR | SON XƏBƏR

Biləsuvarda 9-cu sinif şagirdi intihar edib

Biləsuvarda 9-cu sinif şagirdi intihar edib

  Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Sonxəbər.info “Report”-a istinadən  xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. Yaxınları onun meyitini səhər saat 6 radələrində aşkar ediblər.

İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>