Bu gün dünyada Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir | SON XƏBƏR | SON XƏBƏR

Bu gün dünyada Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir

Bu gün dünyada Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir

Bu gün “Birlikdə daha yaxşı internet üçün” şüarı ilə Beynəlxalq Təhlükəsiz İnternet Günü (Safer Internet Day – SID) qeyd edilir.

Bu əlamətdar gün 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib və hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunur.

Əsas məqsəd dünyada, xüsusən uşaq və yeniyetmələr arasında onlayn texnologiyalar və mobil cihazlardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

2019-cu ildə Beynəlxalq Təhlükəsiz İnternet günü dünyanın 140-a yaxın ölkəsində, o cümlədən də Azərbaycanda qeyd olunur.

Hazırda Azərbaycanın da daxil olduğu 100-dən artıq ölkənin ekspertləri mərkəzi Brüsseldə (Belçika) yerləşən SID Komitəsində çalışır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>