Daşınmaz əmlak bazarında QİYMƏT PROQNOZU | SON XƏBƏR | SON XƏBƏR

Daşınmaz əmlak bazarında QİYMƏT PROQNOZU

Daşınmaz əmlak bazarında QİYMƏT PROQNOZU

Bu ilin birinci yarısında Azərbaycanda mənzil qiymətlərinin 5-10 faiz ucuzlaşması gözlənilir.

Dövlət tərəfindən sosial mənzillərin tikintisi layihəsinin reallaşdırılması nəticəsində bazarda təklifin artımı müşahidə olunur:

“Buna əsaslanaraq, bu il təklifin artması və daşınmaz əmlak bazarında qiymətin azalması gözlənilir”.

 V.Orucun sözlərinə görə, hazırda ölkənin daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının sayı azdır, amma bununla belə, canlanma da müşahidə olunur:

“Satıcılar daşınmaz əmlakı qısa müddət ərzində sata bilmir. Müəyyən müddətdən sonra daşınmaz əmlakın qiymətinin düşdüyünü müşahidə edirik. Bu, onunla bağlıdır ki, satıcılar qısa müddət ərzində daşınmaz əmlakı sata bilmir və ilkin qiyməti azaltmağa məcbur olur”.

O, həmçinin əlavə edib ki, daşınmaz əmlak bazarında qiymətlərin kəskin artımı gözlənilmir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>