Göyçayda su kanalından qadın meyiti tapılıb | SON XƏBƏR | SON XƏBƏR

Göyçayda su kanalından qadın meyiti tapılıb

Göyçayda su kanalından qadın meyiti tapılıb

 Göyçay rayonunda su kanalından qadın meyiti tapılıb.

Sonxəbər.info  REPORT.AZ-a istinadən  xəbər verir ki, meyit bu gün səhər saatlarında Şirvan kanalının rayonun Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Meyit yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb.

Onun Göyçay şəhər, Qantəmir küçəsində qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olduğu müəyyənləşib.

Onun ruhi xəstə olduğu və ailə qurmadığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>