Komitə: Valideynlik hüququndan sui-istifadə təsdiqini taparsa, məhkəmə qərar verir | SON XƏBƏR | SON XƏBƏR

Komitə: Valideynlik hüququndan sui-istifadə təsdiqini taparsa, məhkəmə qərar verir

 Komitə: Valideynlik hüququndan sui-istifadə təsdiqini taparsa, məhkəmə qərar verir

Bərdə rayonunda Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Osmanova tərəfindən iki uşağın atılması faktı ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası rəy verəcək.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki,araşdırmanın nəticələrinə uyğun olaraq, valideynlik hüququndan tam məhrumetmə, məhdudlaşdırma və ya inzibati cərimənin tətbiqi ilə bağlı qərar veriləcək: “Valideyn hüquqlarının məhdudlaşdırılması yerli icra hakimiyyətinin də qərarı ilə mümkündür. Hər bir halda istənilən qərar verilərkən uşaqların mövqeyi müdafiə edilməlidir. Amma qərarın verilməsi üçün ilk növbədə uşaqların təkbaşına saxlanılmasının səbəbləri üzə çıxarılmalıdır. Əgər valideynlik hüququndan sui-istifadə təsdiqini taparsa, onda məhkəmə 1-2 ay ərzində qərar verir”.

 Qeyd edək ki, fevralın 3-də gecə saatlarında Bərdə rayonunda şadlıq evlərindən birinin qarşısında hər ikisi azyaşlı olan bir qız və bir oğlan uşağı aşkar edilib. Azyaşlılar təcili yardımla xəstəxanaya çatdırılıblar.

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva  bildirib ki, ilkin ehtimallara görə, uşaqlarının birinin 1, digərinin isə 2 yaşı var.

Faktla bağlı polis araşdırmalara başlayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>