Milli Məclisin spikeri Binəli Yıldırıma təşəkkür edib | SON XƏBƏR | SON XƏBƏR

 Milli Məclisin spikeri Binəli Yıldırıma təşəkkür edib

Milli Məclisin spikeri Binəli Yıldırıma təşəkkür edib

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, O.Əsədov bildirib ki, TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edilib: “Qardaş ölkənin parlament sədrinə buna görə hamınızın adından təşəkkürümüzü bildiririk”.

Daha sonra O.Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi münsaibətilə təbrik edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>