Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür | SON XƏBƏR | SON XƏBƏR

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür

 Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür

 Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur.

Sonxəbər.info  “Report”-a istinadən  xəbər verir ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.

Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqazrespublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.

Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.

Naxçıvan əhalisinin sayı 450 mindən çoxdur.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>