Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib (FOTO)

Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Hacıqabul şəhərində vətəndaşlarla görüşüb.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, görüşdə Hacıqabulla yanaşı, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin də sakinləri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

 Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi və işə qəbul kimi məsələləri əhatə edib.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>