“Səbail”in futbolçusu həftənin ən yaxşı oyunçusu seçilib | SON XƏBƏR | SON XƏBƏR

“Səbail”in futbolçusu həftənin ən yaxşı oyunçusu seçilib

 “Səbail”in futbolçusu həftənin ən yaxşı oyunçusu seçilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun ən yaxşı oyunçusu müəyyənləşib.

 Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Səbail”in müdafiəçisi Elvin Yunuszadə ən yaxşı oyunçu adına layiq görülüb. XV turda “Səbail”in “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdiyi görüşdə 90 dəqiqə meydanda olan Yunuszadə bir qolun müəllifi olub.

Qeyd edək ki, Elvin Yunuszadə XV turun rəmzi komandasında da yer alıb.  Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>