Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada ölüb | SON XƏBƏR | SON XƏBƏR

 Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada ölüb

Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada ölüb

 Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib.

Sonxəbər.info REPORT.AZ-a  istinadən xəbər verir ki, Biləcik Dövlət Xəstəxanasına çatdırılan Azərbaycan vətəndaşı, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.

Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs yaralanıb. Qəza zamanı M.Seyidov avtobusda olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>