Zaqatalada yol qəzası baş verib, ölən və yaralanan var | SON XƏBƏR | SON XƏBƏR

 Zaqatalada yol qəzası baş verib, ölən və yaralanan var

Zaqatalada yol qəzası baş verib, ölən və yaralanan var

Zaqatala rayonunda yol qəzası baş verib.

Sonxəbər.info  REPORT.AZ-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Danaçı kənd sakini, 1977-ci il təvəllüdlü İsa Qurban oğlu Nuhiyev idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobilini aşırıb. Nəticədə onun yaxın qohumu - Balakən rayonunun Katex kənd sakini, 1995-ci il təvəllüdlü Abdulla Kahol oğlu Maamiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. İ.Nuhiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>