Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq | SON XƏBƏR | SON XƏBƏR

 Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq

Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq

İstanbul heç vaxt Konstantinopol olmayacaq və türklər heç vaxt bu şəhəri tərk etməyəcəklər.

Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidlərə müsəlmanlara qarşı terror aktını və hadisəni törədənlərdən birinin manifestini şərh edərkən deyib.

Dövlət başçısı bildirib ki, göründüyü kimi, bir sıra dairələrdə hələ də İslama və müsəlmanlara qarşı nifrət, ədavət var.

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Yeni Zelandiyada müsəlmanlara hücum edən terrorçunun iki dəfə Türkiyəyə gəldiyini və hazırda onun səfərinin məqsədinin, kimlərlə görüş keçirməsinin dəqiqləşdirildiyini bəyan edib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>