Mart 10, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Mart » 10

Sərhəddə insidentlə bağlı CİNAYƏT İŞİ açıldı – Bir səhədçimiz həlak olub, biri yaralanıb (FOTO)

Sərhəddə insidentlə bağlı CİNAYƏT İŞİ açıldı – Bir səhədçimiz həlak olub, biri yaralanıb (FOTO)

Bu gün saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin […]

Sabahın HAVA PROQNOZU açıqlanıb

Sabahın HAVA PROQNOZU açıqlanıb

  Martın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda […]

 Tunisin səhiyyə naziri ölkədə 11 körpənin öldüyündən sonra istefa verib

 Tunisin səhiyyə naziri ölkədə 11 körpənin öldüyündən sonra istefa verib

 Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib. Sonxəbər.info  Trend-ə istinadən xəbər verir ki, baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.  Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində ən azı 11 körpə ölü aşkar […]

 Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

 Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.  Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və […]

İstanbul-Nyu-York reysində turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb

İstanbul-Nyu-York reysində turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb

  “Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Nyu-York reysini həyata keçirən təyyarədə güclü turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb. Sonxəbər.info Trend-ə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 326 sərnişin və 21 heyət üzvü olub. Təyyarə Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanına yaxınlaşarkən güclü silkələnmə başalyıb.  Nyu-Yorkun yanğından mühafizə xidmətinin nümayəndəsi Maykl Parrella bildirib ki, xəsarət alanlara […]