Mart 11, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Mart » 11

 Nikola Yurçeviç Rusiyada çıxış edən futbolçunu Azərbaycan millisinə çağırıb

 Nikola Yurçeviç Rusiyada çıxış edən futbolçunu Azərbaycan millisinə çağırıb

Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil ŞeydayevAzərbaycan millisinə dəvət alıb. Sonxəbər.info  “Report”a istinadən xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 23 yaşlı hücumçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb. Bunadək Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovu N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi. Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının […]

Bakıda yanğın nəticəsində evsiz qalan 34 məcburi köçkün ailəsinə kirayə pulu verilib

Bakıda yanğın nəticəsində evsiz qalan 34 məcburi köçkün ailəsinə kirayə pulu verilib

Martın 6-da Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində evləri yararsız vəziyyətə düşən məcburi köçkün ailələri kirayə evlərlə təmin olunub. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, yanğın baş verən binada müvəqqəti olaraq məskunlaşan 34 məcburi köçkün ailəsi ilə qarşılıqlı razılaşma olub. Razılaşmaya əsasən həmin […]

Azərbaycanın Birinci vitse-prezidenti Fransaya səfərə gedib

Azərbaycanın Birinci vitse-prezidenti Fransaya səfərə gedib

  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Fransa Respublikasına səfərə gedib. “Report”un xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.  

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyininmətbuat xidmətindən İdeologiya.az-a verilən məlumatda bildirilir ki, Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir. Hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın  Şəmkirçay hövzəsinin 1800 m hündürlüyündə qarölçmə işləri aparır. Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası […]

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer […]

Azərbaycan Premyer Liqasındakı 8 klubdan yarısı çempionluq şanslarını itirib

Azərbaycan Premyer Liqasındakı 8 klubdan yarısı çempionluq şanslarını itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan ”Sumqayıt”, “Zirə” və “Keşlə” komandaları sona 8 tur qalmış çempionluq şanslarını itirib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bu, XX turun oyunlarından sonra müəyyənləşib. Hər üç klub qalan görüşlərinin hamısında qələbə qazansa belə, qızıl medala sahib ola bilməyəcək. 20 turdan sonra “Sumqayıt”ın 16, “Zirə” və “Keşlə”nin hərəyə 19 xalı var. Hazırkı lider […]

Azərbaycan Ordusunun Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib

Azərbaycan Ordusunun Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib

  Əlahiddə Ümumqoşun Ordunun Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə, ideoloji, […]

Azərbaycan Avropada turizmin inkişafına görə 7-ci olub

Azərbaycan Avropada turizmin inkişafına görə 7-ci olub

  Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı reytinq cədvəlini Ümumdünya Turizm Təşkilatı (ÜTT) açıqlayıb. Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20%səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edərək onu “Yeni Dubay”a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini […]

DİN: Yardımlıda adam öldürdüyünə görə axtarışda olan iki nəfər saxlanılıb

DİN: Yardımlıda adam öldürdüyünə görə axtarışda olan iki nəfər saxlanılıb

Yardımlı rayonunda qətl törədən 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olanR.Məmmədov və İ.Hüseynov saxlanılıblar. “Report”

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 569,4mln. manat təşkil edib. Sonxəbər.info “Report”a  istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 1%, ötən il fevralın 1-nə nisbətən isə 7,5%azdır. Yanvarın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 12,2%, ötən ilin yanvarın sonuna isə 14,55% olub.

Page 1 of 212