Mart 13, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Mart » 13

Sumqayıtda gənc oğlan hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda gənc oğlan hündürlükdən yıxılaraq ölüb

 Sumqayıt şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ölüb. Sonxəbər.info ”Report”a istinadən xəbər verir ki,hadisə, şəhərin 41-ci məhəlləsində baş verib. Belə ki, həmin ərazidə yaşayan, 1995-ci il təvəllüdlü Rauf Nizami oğlu Həsənquliyev yel çərşənbəsi günü tonqal qalaması üçün hündürlükdən taxta parçaları toplayaraq aşağı atmaq istəyib. Bu zaman ayağı büdrəyərək yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma […]

Azərbaycanda körpələrə İmeda, Cüha, Elyamel, Casim adları qoyulmasının qarşısı alınıb – SİYAHI

Azərbaycanda körpələrə İmeda, Cüha, Elyamel, Casim adları qoyulmasının qarşısı alınıb – SİYAHI

“Fevral ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 28 müraciətə baxılıb”. Bunu açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib. O bildirib ki, həmin müraciətlərin 8-nə müsbət cavab verilib. Digər müraciətlərdə qeyd olunan adların qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb. Eyni […]

Bakıdan Rusiyanın daha bir şəhərinə birbaşa reys açılır

Bakıdan Rusiyanın daha bir şəhərinə birbaşa reys açılır

“Ural Hava Yolları” aviaşirkəti 2019-cu il aprelin 5-dən etibarən Samara-Bakı-Samara marşrutu üzrə uçuşlara başlayır. Sonxəbər.info  “Report”a istinadən xəbər verir. Qeyd olunur ki, birbaşa reyslər hər həftənin cümə günü “Airbus A320″ təyyarəsi ilə həyata keçiriləcək. Minimal tarif bir istiqamətdə 97 avro(bütün ödənişlər daxil olmaqla) təşkil edəcək. Uçuşlar aşağıdakı cədvələ uyğun olaraq həyata keçiriləcək: təyyarə Samaradan 13:10-da havaya qalxacaq, Bakıya saat 15:45-də […]

 Kamil Zeynallı apellyasiya şikayəti verib

 Kamil Zeynallı apellyasiya şikayəti verib

Kamil Zeynallı Həbsdə olan idmançı Kamil Zeynallı apellyasiya şikayəti verib. Bu barədə  onun vəkili Aygül Rəfiyeva məlumat verib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: “Biz hesab edirik ki, birinci instansiya məhkəməsi düzgün qərar çıxarmayıb. Müvəkkilimin azadlığa buraxılmasını istəyirik”. Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla […]

Azərbaycanda eyni şəxsin bir dəfədən artıq donor olması qadağan edilir

Azərbaycanda eyni şəxsin bir dəfədən artıq donor olması qadağan edilir

  Azərbaycanda canlı donordan donor orqanın götürülməsinə dair məhdudiyyətin dairəsi genişləndirilib. Sonxəbər.info  “Report”a istinadən  xəbər verir ki, bu qadağa yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 19-cu (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) maddəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin […]

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, […]