Ana və azyaşlı qızını vurub hadisə yerindən qaçan sürücü ələ keçdi | SON XƏBƏR | SON XƏBƏR

Ana və azyaşlı qızını vurub hadisə yerindən qaçan sürücü ələ keçdi

 

Bakıda ana və azyaşlı qızını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, martın 18-də saat 21 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Onlar xəstəxanaya müraciət ediblər.

Nizami rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Trend


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>