Azərbaycan Avropada turizmin inkişafına görə 7-ci olub | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan Avropada turizmin inkişafına görə 7-ci olub

 Azərbaycan Avropada turizmin inkişafına görə 7-ci olub

Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub.

Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı reytinq cədvəlini Ümumdünya Turizm Təşkilatı (ÜTT) açıqlayıb.

Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20%səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edərək onu “Yeni Dubay”a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini bəyan edib.

Qeyd edək ki, siyahıya liderliyi San-Marino edir. Növbəti yerlərdə Gürcüstan (2-ci), İsrail (3-cü), Türkiyə (4-cü), İslandiya (5-ci), Makedoniya (6-cı), eləcə də Moldova (8-ci), Bosniya və Hersoqovina (9-cu) və Ermənistan (10-cu) qərarlaşıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>