Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək

 Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək

 Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək 23 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, yarışda gənclərdən ibarət yığmanın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 9 pəhləvan - İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) iştirak edəcək.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Elman İsmayılov ədaləti qoruyur. Avropa çempionatında sərbəst güləşçilər 8 – 10 martda çıxış edəcəklər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>