Azərbaycanın avtovağzallarında gücləndirilmiş iş rejiminin müddəti artırılıb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın avtovağzallarında gücləndirilmiş iş rejiminin müddəti artırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Novruz bayramı ilə əlaqədar ölkənin avtovağzallarında tətbiq olunan gücləndirilmiş iş rejiminin müddətini martın 30-na qədər uzadıb.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

DANX sözçüsü bu günlərdə daşınan sərnişinlərin sayını da açıqlayıb: “Martın 19-dan indiyə qədər 62 avtovağzal və avtostansiya kompleksindən, ümumilikdə, 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza və xaricə səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Paytaxdan daşınan sərnişin sayı bu saata qədər 38 542 nəfərdir. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlıq Gəncə, Mingəçevir və Şirvanda müşahidə edilir. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə, (012) 562-67-58 nomrəsinə zəng edərək məlumat verəsiniz”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>